Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə xeyriyyə oyunu keçirəcək.
Sportarena.az Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 28-də "Maksimir" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Kiyev "Dinamo"su Emrelinin klubu ilə yanaşı, Xorvatiya “Legiya”sı, Türkiyə “Qalatasaray”ı, Rumıniya “Styaua”sı və Almaniyanın “Borussiya” (Dortmund) komandaları ilə də qarşılaşacaq.