UEFA "Atletiko" - "Mançester Siti" oyunu ilə bağlı yeni qərar qəbul edib

01:58 12 Aprel 2022

Çempionlar Liqasının 1/4 finalında keçiriləcək "Ateltiko" - "Mançester Siti" cavab oyununda stadionda tribunalar qismən bağlı olacaq.

Bu barədə UEFA qərar verib. UEFA iki komanda arasında ilk oyunda baş verən insidentlərə görə "Mançester Siti" ilə matç üçün "Atletiko"nun stadionunu qismən bağlamaq qərarına gəlib.

Qeyd edək ki, "Atletiko" - "Mançester Siti" görüşü aprelin 13-ü keçiriləcək. Bu komandalar arasında ilk oyunda Mançester təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti