19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, B liqasında çıxış edən yığma 1-ci qrupdakı son oyununda Şimali İrlandiya millisi ilə qarşılaşıb.
Ev sahiblərinə qarşı keçirilən matçda yığmamız 0:1 hesabı ilə uduzub. Yığmamızın üzvləri Çora Çambersin 34-cü dəqiqədəki qoluna mane ola bilməyib.
Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.