Çempionlar Liqası: "Liverpul" və "Mançester Siti" yarımfinala yüksəlib

03:00 14 Aprel 2022

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib. İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Liverpul" mərhələni adlayıb.

 "Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gəlib. Oyunda qol olmayıb və "şəhərlilər" yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Liverpul" "Vilyarreal"la,  "Mançester Siti" isə "Real" ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

"Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3

Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

"Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0 

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1


Digər xəbərlər

Xəbər xətti