"Kəpəz" I Divizionun XXI turu çərçivəsində səfərdə "Turan Tovuz"la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin azarkeşləri bu görüşdə baş məşqçi Yaşar Vahabzədənin istefasını tələb ediblər. Fanatlar "Nəticələriniz gözümüzü yaşardır" şüarı yazılmış pankart açıblar. Azarkeşlər oyun ərzində 62 yaşlı mütəxəssisin ünvanına "İstefa" şüarları səsləndiriblər.
Qeyd edək ki, "Kəpəz" qərb derbisində "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub. Komanda 21 turdan sonra topladığı 28 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.