CAS UEFA-nın qərarını ləğv etdi

20:52 13 Aprel 2022

İdman Arbitraj Məhkəməsi (CAS) "Atletiko"nun apellyasiya şikayətinə baxıb.

Madrid təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə ev oyununda stadionun qismən bağlanılması qərarının ləvği il bağlı istəyi təmin edilib. Beləliklə, sözügedən görüşdə azarkeş sayına məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, UEFA iki komandalar arasında ilk matçda Madrid təmsilçisinin azarkeşlərin nasist salamı nümayiş etdirməsi səbəbindən "Vanda Metropolitano" stadionunun qismən bağlanmasına qərar vermişdi.

Əlavə edək ki, bu gün keçiriləcək "Atletiko" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun İngiltərə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti