"Liverpul" avrokuboklarda rekord vurdu

09:41 14 Aprel 2022

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıran "Liverpul" İngiltərə klublarının rekordunu ələ keçirib. 

 

Sportarena.az xəbər verir ki,  Yurgen Kloppun komandası 12-ci dəfə avrokubokların yarımfinalına yüksəlib. Bu rekord “Mançester Yunayted”ə məxsus idi.

 

“Mançester Yunayted” Çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid “Atletiko”suna uduzaraq (1:2) başa vurmuşdu. “Mankunianlar” sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

 

Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid “Atletiko”suna uduzaraq (1:2) başa vurmuşdu. “Mankunianlar” sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

 

Çempionlar Liqasının finalı mayın 28-də, Fransada “Stad de Frans” stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti