"Vanda Metropolitano" stadionundakı matçın sonlarında meydan sahiblərinin müdafiəçisi Felipe yan xəttə yaxın hissədə qonaqların yarımmüdafiəçisi Fil Fodenə qarşı kobudluq edib.
Sportarena.az xəbər verir ki, daha sonra Saviç "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin saçını dartıb. Hadisələrin gedişatını kənardan izləyən oyunun almaniyalı baş hakimi Daniel Zibert Felipeni meydandan qovub. Saviç və Foden isə sarı vərəqə ilə cəzalandırılıblar. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Mançesterdəki ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yarımfinala adlayaraq, İspaniyanın digər təmsilçisi "Real Madrid"ə rəqib olub.