"Milliyə rəhbərlik etmək hər bir mütəxəssisin xəyallarının zirvəsidir".
Sportarena.az xəbər verir ki, bu açıqlama 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviçə məxsusdur. Serbiyalı mütəxəssis ölkəsinin millisini çalışdırmaq arzusunun olduğunu gizlətməyib:
"Hazırda komandaya böyük mütəxəssis Draqan Stoykoviç rəhbərlik edir. Onun AVRO-2024-ün sonunadək müqaviləsi var. Yəni, mənim təyinatım baş versə, bu, tezliklə olmayacaq".