Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.
Sportarena.az xəbər verir ki, bu barədə İJF-nin rəsmi saytı məlumat yayıb. Nəbiyev qurumun nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.
Rəşad Nəbiyev 2021-ci ilin noyabrından Azərbaycan Cüdo Federasiyasının prezidentidir.