Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Real"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb. "Çelsi" ilə görüşdə (2:3) qol ötürməsi ilə yadda qalan 36 yaşlı futbolçu azarkeşlər arasına keçirilən sorğuda ən yaxşı seçilib.
Luka Modriç səsvermədə Raul Albiol ("Vilyarreal"), Kostas Tsimikas ("Liverpul") və Con Stounzu ("Mançester Siti") qabaqlayıb.