Ançelotti tarixə düşüb

18:15 14 Aprel 2022

"Real"ın baş məşqçisi Karlo Ançelotti tarixi nəticəyə imza atıb.

 

Sportarena.az xəbər verir ki, Ançelotti ardıcıl dörd onillikdə Çempionlar Liqasının yarımfinalına yüksələn ilk məşqçi olub.

 

İtalyan mütəxəssis 1999-cu ildə Juventus-u Çempionlar Liqasının yarımfinalına çıxarıb. O, daha sonra Milan-la (2003, 2005, 2006 və 2007-ci illərdə) turnirin bu mərhələsinə gəlib.

 

Mütəxəssis "Real"la 2014 və 2015-ci illərdə, eləcə də 2022-ci ildə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

 

Çempionlar Liqasının 1/4 finalında Real Chelsea-yə qalib gəlib. İlk oyunda 3:1 hesabı ilə qalib gələn “kral klubu” cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsalar da, iki oyunun nəticəsinə əsasən turnirin yarımfinalına yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti