Dimitri Payet həftənin futbolçusu adına namizəd olub

10:15 15 Aprel 2022

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin ilk tur oyunlarından sonra həftənin oyunçusu adına namizədləri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasında siyahıya Almaniya "Leyptsiq"indən Kristofer Nkunku, Şotlandiya "Reyncers"indən Ceyms Tavernye, Almaniya "Ayntraxt"ından Filip Kostiç və İngiltərə "Vest Hem"indən Kreyq Douson düşüb.

 

Konfrans Liqasında isə "4-lük"də İngiltərə "Lester"indən Ceyms Meddison, Niderland "Feyenoord"undan Siril Dessers, Fransa "Marsel"indən Dimitri Payet və İtaliya "Roma"sından Nikolo Zanyolo qərarlaşıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti