"Sabah"da qapıçılar üçün görüş - VİDEO

12:29 15 Aprel 2022

14 aprel – Beynəlxalq Qapıçılar Günü ilə bağlı “Bank Respublika Arena”da "Sabah"ın əsas komandasının qapıçıları ilə klubun akademiyasının və “Vətən” Futbol Məktəbinin qolkiperləri arasında görüş olub.



Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Görüş zamanı ilk olaraq əsas komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov azyaşlı qapıçılara ustad dərsi keçib, oyunlar zamanı qolkiperlərin diqqət yetirməli olduğu məqamlar barədə danışıb.



​Daha sonra azyaşlı qolkiperlər əsas komandanın "çərçivə" qoruyucuları Səlahət Ağayev, Yusif İmanov, Aleksandr Neçayev və Rüstəm Samiqullinə suallar ünvanlayıb, onlarla birgə futbol oynayıblar. Görüşün sonunda komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyovun suallarına ən yaxşı cavab verən bir azyaşlı qapıçıya qolkiperlərin imzalı forması hədiyyə verilib.


Digər xəbərlər

Xəbər xətti