"Yuventus" Kuadrado ilə müqaviləni yeniləyib

16:35 15 Aprel 2022

"Yuventus" futbolçusu Xuan Kuadrado ilə müqaviləni yeniləyib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçinin sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb. 

 

Qeyd edək ki, Kuadrado 2015-ci ildən "Yuventus"da çıxış edir. Bu müddət ərzində o, 262 oyunda 24 qol vurub və 53 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti