Talqat Baysufinov "Turan"a başçılıq edə bilər

18:30 15 Aprel 2022

Millimizin üzvü Emil Balayevin qapısını qoruduğu "Turan" baş məşqçi axtarışındadı.

 


Sportarena.az xarici sayta istinadən xəbər verir ki, Vladimir Qazzayevin gedişindən sonra boş qalan post müəyyən müddətlik Kuanış Kabdulova tapşırılıb.



Türküstan təmsilçisini çalışdırmağa ən real namizəd isə Talqat Baysufinovdu. Qazaxıstan millisinin baş məşqçi postunu tərk etdikdən sonra 53 yaşlı mütəxəssis işsizdi. Yaxın günlərdə təcrübəli mütəxəssisin "Turan"la rəsmi razılığa gələcəyi ehtimal edilir.



Xatırladaq ki, Balayev hələ yeni klubunda debüt etməyib.

 


Digər xəbərlər

Xəbər xətti