"Mançester Yunayted"in futbolçusu Nemanya Matiç bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" səhifəsində yazıb: “Bu mövsümün sonu “Mançester Yunayted”dən ayrılmağa qərar verdim. Qərarımı klub rəhbərliyinə, baş məşqçiyə və komanda yoldaşlarıma bildirdim. Bu klubda oynamaq böyük şərəfdir. Davamlı dəstəyiniz üçün azarkeşlərə təşəkkür edirəm. Mövsümün sonuna qədər əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Matiç 2017-ci ildən "Mançester Yunayted"də oynayır.