“Qəbələ”nin qapıçısı tək qaldı

13:46 16 Aprel 2022

Azərbaycan Premyer Liqasında mövsümün əvəzolunmaz futbolçularının sayında dəyişiklik olub.

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev mövsümün bütün görüşlərində əvəzolunmadan iştirak edən yeganə futbolçudur.

Hazırda keçirilən 23-cü turun “Qəbələ” – “Sumqayıt” qarşılaşmasına qədər belə oyunçuların sayı ikiyə bərabər idi. Lakin qarşılaşmanın gedişində zədələnən Camaləddin Xocaniyazov əvəzləndiyi üçün Nicat tək qalıb.

Düzdür, “Qəbələ” bu turadək 22, “Sumqayıt” isə 21 matça çıxdığından futbolçuların oyun və dəqiqə sayə fərqli idi. Amma hər ikisi əvəzolunmaz kimi meydana çıxmışdı.

Qeyd edək ki, ötən turda daha bir əvəzolunmazın seriyası qırılıb. “Zirə”nin qapıçısı Mehdi Cənnətov cəza səbəbindən 23-cü turu buraxıb.


Digər xəbərlər

Xəbər xətti