Slovakiya çempionatında mövsümün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Slovan" çempionluğunu rəsmiləşdirib.
Bratislava təmsilçisi pley-off mərhələsinin VI turunda ən yaxın izləyicisi "Rujomberok"la heç-heçə edərək rəqibi üçün əlçatmaz olub. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu elan edib.
"Slovan" ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.