"Ayntraxt"ın futbolçusu Kristian Yakiç Avropa Liqasının 1/4 finalında "Barselona" üzərində qazanılan qələbədən (1:1, 3:2) danışıb.
Sportarena.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Sportske Novosti"yə açıqlamasında deyib:
“Əlbəttə, qalib gələcəyimizə inanırdım. Rəqibin statusu bizi maraqlandırır? İlk görüşdə qalib gəlməsək də, onları sındırdıq. Ona görə də cavab oyununda - səfərdə qalib gələ biləcəyimizi düşünürdük. Təbii ki, 3:0 hesabı ilə öndə olacağımızı gözləmək çətin idi. Lakin bundan sonra daha üç şansımız oldu. Bu oyun Xavinin komandası üçün daha pis bitə bilərdi. Sadəcə, “Barselona”nı taktika baxımından öldürdük".