"Fənərbaxça" Türkiyə Superliqasında növbəti matçına çıxıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 33-cü turda "Göztəpə" ilə qarşılaşıb. Matç "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Fənərbaxça"ya qalibiyyət gətirən qolu 5-ci dəqiqədə Serdar Eziz, 83-cü dəqiqədə isə Arda Güler atıb.