İtaliya çempionatı: “Yuventus” məğlubiyyətdən xilas ola bildi

12:24 17 Aprel 2022

Futbol üzrə İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.
 
Sportarena.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.
 
“Kalyari” “Sassuolo”nu, “Udineze” “Empoli”ni, “Fiorentina” isə “Venesiya”nı məğlub yola salıb. Üç qolun qeydə alındığı “Sampdoriya” – “Salernitana” matçı qonaqların qələbəsiylə yekunlaşıb.
 
“Latsio” – “Torino” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə “Bolonya” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.
 
İtaliya A Seriyası
33-cü tur
 
15 aprel
 
Spetsiya – İnter 1:3
Qol: C.Macciore, 88 – M.Brozoviç, 31. L.Martines, 73. A.Sançes, 90+3.
 
Milan – Cenoa 2:0
Qol: Leao, 11. Messias, 87.
 
16 aprel
 
Kalyari – Sassuolo 1:0
Qol: Deyola, 42.
 
Sampdoriya – Salernitana 1:2
Qol: Kaputo, 32 – Fasio, 4. Lourense, 6.
 
Udineze – Empoli 4:1
Qol: İsmayli, 6-öz qapısına. Deulofeu, 52. Pussetto, 79. Samardziç, 87 – Pinamonti, 70-pen.
 
Fiorentina – Venesiya 1:0
Qol: L.Torreyra, 30.
 
Yuventus – Bolonya 1:1
Qol: Vlahoviç, 90+5 – Arnautoviç, 52.
 
Latsio – Torino 1:1
Qol: İmmobile, 90+2 – Pelleqri, 56.
 
18 aprel
 
21:00. Napoli – Roma
23:00. Atalanta – Verona


Digər xəbərlər

Xəbər xətti