Polşa çempionatı: Krivotsyuklu “Visla” evdə məğlubiyyətə üzüldü

13:10 17 Aprel 2022

Futbol üzrə Polşa çempionatında 29-cu turun oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Visla” 29 turdan sonra 42 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Xəbər xətti