Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarılıb

13:45 17 Aprel 2022

Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə - Argentina matçında məşhur “Tanrının əli” və “Əsrin qolu” adlı iki zərbəni vurduğu zaman geyindiyi idman köynəyi aprelin 20-də hərraca çıxarılacaq.

Sportarena.az xəbər verir ki “Sotheby's” hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4-6 milyon funt sterlinq arasında olacağını gözləyir.

Qeyd edək ki, İngiltərə və Argentina 1986-cı il Dünya Çempionatının 1/4 finalında üz-üzə gəlib. 22 iyunda baş tutan oyunda 25 yaşlı Maradona 2 qol vurmaqla matçın taleyini həll edib (2:1).


Digər xəbərlər

Xəbər xətti