"Rəqib bizdən daha yaxşı oynadı, problemlərimiz var idi" - AÇIQLAMA

14:30 17 Aprel 2022

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Federasiya kubokunda "Liverpul"a uduzduqları oyunu şərh edib.

Sportarena.az "Sky Sports"a istinadən xəbər verir ki, ispan mütəxəssis 2:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

"Bütün gücümüzü verdik. "Liverpul"u təbrik edirik. Rəqib bizdən daha yaxşı oynadıq. Problemlərimiz var idi. İkinci qol? Bunun təsadüfən olduğunu düşünürəm. Finala çıxa bilmədik? Nəticədə artıq bir neçə gün istirahət edə biləcəyik. Qarşıda Çempionlar Liqası da daxil olmaqla 7 matçımız var. Qələbə üçün çalışmalıyıq".


Xəbər xətti