Şakir Seyidov Latviya klubunun düşərgəsinə qoşuldu

14:48 17 Aprel 2022

21 yaşlılardan ibarət yığma komandamızın üzvü Şakir Seyidovun "Dauqavpils"ə keçmək ehtimalı barədə yazmışdı.

Sportarena.az xəbər verir ki, Seyidov artıq Latviyaya yollanıb.

O, komandanın dünənki axşam məşqində iştirak edib. Uzun müddətdir ki, vizasını almağa cəhd edən futbolçu istəyinə çatıb və Latviyaya yollanaraq komandanın düşərgəsinə qoşulub.

Futbolçunun növbəti turdan Latviya çempionatında oynayıb-oynamayacağı isə klubun onun adını nə qədər tez sifariş etməsindən asılı olacaq.

Şakir qarşıdakı altı ayı icarə əsasında "Dauqavpils" klubunda keçirəcək. 

 


Digər xəbərlər

Xəbər xətti