Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “Sabah”ın U-19 komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.
U-17-nin heytində Davud Mənsumov fərqlənib.
Millimiz daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.