Mahir Emreli rəmzi komandada - FOTO

10:50 18 Aprel 2022

"Sofescore" statistika portalı Xorvatiya çempionatında 31-ci turun rəmzi komandasını açıqlayıb.

Sportarena.az xəbər verir ki, ən yaxşı "11-lik"də Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli də yer alıb.

"İstra" ilə matçda (3:0)  komandasının 3-cü qolunun müəllifi olan 25 yaşlı hücumçunun çıxışı 7.7 balla qiymətləndirilib.

"Sofescore"nin versiyasına əsasən 31-ci turun rəmzi komandası

Qapıçı: Lovreç Regiç ("Şibenik", 8.6 bal)

Müdafiəçilər: Jozip Elez ("Hayduk", 7.5 bal), Yosip Şutalo ("Dinamo" Zaqreb, 7.4 bal), Mattye Steenvoorden ("Qoritsa", 8.2 bal) 

Yarımmüdafiəçilər: Luka Stoykoviç ("Lokomotiv Zaqreb", 8.6 bal), Mariç ("Lokomotiv Zaqreb", 7.5 bal), Mixael Japer, Qrqiç ("Osiek", 7.5 bal)

Hücumçular: Mislav Orşiç ("Dinamo", 9.5 bal), Deliç ("Şibenik", 8.1 bal), Mahir Emreli ("Dinamo", 7.7 bal)

 

 

 
 



Xəbər xətti