“Latsio”nun hücumçusu Çiro İmmobile tarixi uğura imza atıb.
Sportarena.az “Opta”ya istinadən xəbər verir ki, forvard İtaliya A seriyasının 33-cü turunda keçirilən “Latsio” – “Torino” (1:1) matçında komandasının yeganə qolunu vurub.
Bununla da hücumçu üç fərqli mövsümdə 25 qol vuran ilk italiyalı olub. Liqanın tarixi ərzində bu uğura imza atanlar isə qeyri-italiyalılar: Qunnar Nordal və İştvan Nyerşdi.