"Beşiktaş" İtaliyadan oyunçu transfer edir

16:50 18 Aprel 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Verona"nın müdafiəçisi Koray Günterlə maraqlanır. "Qara qartallar" türkiyəli mərkəz müdafiəçisi üçün A Seriyası klubu ilə danışıqlara başlayır.

 

"Verona" 2023-cü ilin yayında müqaviləsi başa çatacaq 27 yaşlı futbolçu üçün 2 milyon avro tələb edir. "Beşiktaş" isə bu məbləği aşağı salmağa çalışır.

 

Koray Günter "Verona"ya 2020-ci ilin yayında "Cenao"dan transfer olunub. Təcrübəli müdafiəçi cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti