Lyakazett "Arsenal"dan ayrılacaq

10:55 19 Aprel 2022

"Arsenal"ın futbolçusu Aleksandr Lyakazett yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportarena.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "Canal Plus"a açıqlamasında deyib: "Mən bir çox klublarla danışıqlar aparıram və təkliflərə açığam. "Lion"? Biz çox yaxınıq. "Lion" bilir ki, mən yayda azad agent olacağam. Avropada oynamaq istəyirəm. Uzun müddətdir Çempionlar Liqasında oynamıram, bunun üçün darıxıram”, 

Qeyd edək ki, Lyakazettin "Arsenal"la müqaviləsi bu yay başa çatır.


Digər xəbərlər

Xəbər xətti