PSJ Messidən başqa bütün argentinalı futbolçularla yolları ayırır

12:10 19 Aprel 2022

PSJ yay transfer pəncərəsində hücumçu Lionel Messi istisna olmaqla, bütün argentinalı futbolçularla yollarını ayırmağı planlaşdırır.

Sportarena.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri  məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi Anxel Di Mariyanın bu mövsümün sonu başa çatacaq müqaviləsini yeniləməyəcək. Leandro Paredes və Mauro İkardi isə İtaliya A seriyası klublarının maraq dairəsindədir.

Qeyd edək ki,  Di Mariya 2015-ci ilin yayından, Paredes 2019-cu ilin qışından, İkardi 2019-cu ilin yayından PSJ-də oynayır.


Digər xəbərlər

Xəbər xətti