Haaland "Mançester Siti"yə keçir

12:20 19 Aprel 2022

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland bu mövsümün sonunda "Mançester Siti"yə keçməyə hazırlaşır.

Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, Mançester təmsilçisi Norveç millisinin oyunçusunun agentləri ilə 5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, 21 yaşlı futbolçu həftəsinə 500 min funt-sterlinq qazanacaq.

Əgər bu keçid baş tutsa, Haaland Premyer Liqada ən çox maaş alan oyunçu olacaq və həftədə 385 min maaş alan "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyneni geridə qoyacaq.

Nəşr yazıb ki, İngiltərə klubu Haaland üçün 63 milyon funt sterlinq (təqribən 76 milyon avro) ödəyəcək. Hər şey plana uyğun getsə, transfer yaxın həftələrdə yekunlaşacaq.


Digər xəbərlər

Xəbər xətti