“Real” Kavanini transfer edə bilər

13:45 19 Aprel 2022

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani “Real”a keçə bilər.

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” yayda Dortmund “Borussiya”sından Erlinq Haalandı ala bilməsə, diqqətini Kavaniyə çevirəcək.

Uruqvaylı forvard bu mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı 17 oyunda 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti