Xorvatiya I Liqasında 30-cu turun ən yaxşı 5 qolu seçilib.
Sportarena.az xəbər verir ki, ilk sırada Mahir Emrelinin «Riyeka»ya vurduğu qol yer alıb.
Millimizin hücumçusu "Dinamo"nun "Riyeka"ya 2:1 hesabı ilə qaldiyi matçın 79-cu dəqiqəsində fərqlənərək, hesabı bərabərləşdirib.
Bu, 25 yaşlı forvardın Zaqreb klubunda ilk qolu olub.