Belçika kubokunun qalibi bəlli oldu - VİDEO

14:12 19 Aprel 2022

Belçika kubokunun qalibi məlum olub.

Sportarena.az xəbər verir ki, həlledici oyunda “Gent” və “Anderlext” komandaları üz-üzə gəlib.

Əsas vaxtı 0:0 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan “Gent” 4:3 hesabıyla qələbə qazanıb və kubokun sahibi olub. “Gent” klub tarixində 4-cü dəfə ölkə kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti