Azərbaycanın rəqibi "Real"ın məşqçisi ilə anlaşdı

14:37 19 Aprel 2022

“Real”ın analitiki Raul Valbuena Qazaxıstan millisində çalışacaq.

Sportarena.az xəbər verir ki, “SportRadar.kz” portalı ispaniyalının millidə hansı vəzifəni tutacağından yazıb: 

"Bu axşam Qazaxıstan Futbol Federasiyası tərəfindən ölkənin milli komandalarının bütün analitik işlərini yaratmaq tapşırığı veriləcək Raul Valbuena Kano Nur-Sultana gələcək. Xeyr, o, Qazaxıstan millisinin baş məşqçisi olmayacaq. QFF-nin yeni rəhbərliyi ispaniyalını məlumatların və lazımi biliklərin sistemləşdirilməsinə cavabdeh olacaq".

Xatırladaq ki, Qazaxıstan Millətlər Liqasında Slovakiya, Belarusla yanaşı Azərbaycan millisinin rəqibidi. Raul "Malyorka", "Albasete", "Saraqosa" və "Real"ın sabiq qapıçısıdı. Bununla yanaşı Zinəddin Zidanın "Real"da baş məşqçi olduğu müddətdə analitik kimi çalışıb.
 


Xəbər xətti