"Messi oyun tərzini dəyişdi və Mbappeyə necə uyğunlaşacağını bildi" - AÇIQLAMA

14:55 19 Aprel 2022

Fransa millisinin sabiq  futbolçusu Lüdovik Jyuli PSJ-nin hücumçusu Lionel Messinin  oyunu haqda danışıb . 

Sportarena.az "Primo Video"ya istinadən xəbər verir ki, o, argentinalı oyunçu ilə bağlı deyib: “Messi 10 il əvvəl sahib olduğu fiziki qabiliyyətə malik olmadığı üçün oyun tərzini dəyişdi. Və o, şübhəsiz PSJ-nin ən yaxşı futbolçusu olan Mbappenin oyununa necə uyğunlaşacağını bilirdi. Leo 30 qol vurmasa belə 15 və ya 20 qol ötürməsinin də çox yaxşı olacağını başa düşəcək qədər ağıllıdır".

 

Qeyd edək ki, Messi bu mövsüm Liqa 1-də meydana çıxdığı 21 oyunda 3 qol vurub, 13 qolun ötürməsini verib.


Xəbər xətti