Pele növbəti dəfə xəstəxanaya yerləşdirildi

01:13 20 Aprel 2022

Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.
 
Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib. Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.
 
Xatrıladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra Pele tez-tez xəstəxanaya yerləşdirilir.


Digər xəbərlər

Xəbər xətti