Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti matçına çıxacaq.
Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisi 9-cu turunda təxirə salınmış görüşündə səfərdə "Hayduk"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, digərlərindən bir oyun az keçirən "Dinamo" hazırda turnir cədvəlində 66 xalla birinci, "Hayduk" isə 59 xalla 3-cüdür.
Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 5 matçda 2 qol vurub.
20 aprel
21:00. "Hayduk" - "Dinamo" (Zaqreb)
"Poljud" stadionu