Rusiyalı məhşur tennisçi turnirindən kənarlaşdırılıb

12:41 20 Aprel 2022

Dünyanın iki nömrəli tennisçisi, rusiyalı Daniil Medvedev Uimbldon turnirindən kənarlaşdırılıb.

Sportarena.az "Sportico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.

26 yaşlı idmançı ilə yanaşı onun həmyerliləri də eyni cəza ilə üzləşib. Belarus tennisçiləri ilə bağlı hansı qərarın veriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Rusiya və Belarus təmsilçiləri ATP və WTA-nın təşkilatçılığı ilə keçiriən yarışlarda neytral statusda çıxış edə bilər. Uimbldon turniri 27 iyun - 10 iyulda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti