Azərbaycan I Divizionunda XXII turun oyunları başa çatıb.
Sportarena.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Səbail-2"ni qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 31-ə yülsəldən "Kəpəz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Səbail-2" isə 14 xalla 12-ci yerdədir.
“Kəpəz” 2–1 “Səbail-2”
 Qollar: Bəhruz Teymurov, 20; Cavad Kərimov, 55 // Elvin Sərkarov, 12 (p.) 
                       
                                               
 
                
                              
 
