Portuqaliyadakı turnirə Azərbaycanın 15 karateçisi qatılacaq

Sportarena.az      20 Aprel 2022 , 16:00
Aprelin 22-də Portuqaliyanın Matozinyuş şəhərində start götürəcək Karate1 Premyer Liqa turirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Sportarena.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışa 15 idmançı yollanıb.
 
Kişilərdən ibarət komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi 84+ kq) üstünlük verib.
 
Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək.
 
Qeyd edək ki, turnirə 58 ölkədən 351 idmançı qatılacaq.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin