"Qaradağ Lökbatan"ı çempion edən qələbə - VİDEO

16:30 20 Aprel 2022

Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, lider "Qaradağ Lökbatan" öz meydanında "Zaqatala"nı qəbul edib.

2:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi mövsümün bitməyinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. 27 xal toplayan "Zaqatala" isə 9-cu yerdədir.

 

"Qaradağ Lökbatan" - "Zaqatala" - 2:0

Qollar: Sabir Allahquliyev, 5, 27

Qırmızı vərəqə: Sərxan Abdullayev, 64 ("Qaradağ Lökbatan")


Xəbər xətti