Bundesliqa klubunda baş məşqçi istefası

12:19 21 Aprel 2022

Almaniyanın “Arminiya” komandasının baş məşqçisi Frank Kramer istefaya göndərilib.
 
Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Kramerlə yanaşı, onun köməkçisi İlia Qruyev də istefaya göndərilib. Bundan sonra komandaya Marko Kostmannın rəhbərlik edəcəyi də diqqətə çatdırılıb.
 
Klub istefaya komandanın uğursuz çıxışının səbəb olduğunu bildirib. Məsələ burasındadır ki, Bielefeld təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. “Arminiya” hazırda 30 oyuna topladığı 26 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti