"Mançester Yunayted"i yeni mövsümdə çalışdıracaq mütəxəssisin adı məlum olub.
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar"ın "sükan"ı Erik ten Haqa tapşırılacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssisin müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
"Mançester Yunayted"i hazırda Ralf Ranqnik çalışdırır. Komanda Premyer Liqada 6-cı sıradadır.