Mahir Emrelinin çıxış etdiyi komandada baş məşqçi istefası

15:18 21 Aprel 2022

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb.

Zaqreb təmsilçisinin rəsmi saytına açıqlama verən 45 yaşlı mütəxəssis rəhbərliyə, oyunçulara və klubun bütün işçilərinə təşəkkür edib.

Qeyd edək ki, Jelko Kopiç 2021-ci ilin dekabrından "Dinamo Zaqreb"də çalışır.  


Xəbər xətti