"Çelsi" 33 il sonra antirekordunu yeniləyib.
Sportarena.az xəbər verir ki, ötən gün evdə Premyer Liqanın 25-ci turunun "Arsenal"la təxirəsalınmış görüşündə rəqibinə 2:4 hesabı ilə məğlub olan "zadəganlar" 33 il sonra ilk dəfə öz meydanında 3 və daha çox qol buraxıb.
London klubu sonuncu dəfə 1989-cu ilin dekabrında evdə "Liverpul"a 2:5 hesabı ilə uduzub. Bununla yanaşı "Çelsi" 1993-cü ildən bu yana ilk dəfə evdə ardıcıl üç oyunda uduzub.