Həndbol hakimlərimizə növbəti beynəlxalq təyinat

11:10 22 Aprel 2022

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
 
Sportarena.az xəbər verir ki, söhbət Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirdən gedir.
 
Referilər Ernest və Emil Ağakişi Rumıniyanın kişilərdən ibarət “Minaur Baia Mare” və İsveçin “Alinqsas HK” komandalarının görüşünə təyinat alıblar.
 
Referilərimiz Rumıniyanın Maramureş şəhərinin “Sala Polivalenta Laskar Pana” arenasında təşkil olunacaq yarımfinal görüşünü idarə edəcəklər. Gərgin mübarizə vəd edən qarşılaşma aprelin 23-də keçiriləcək.
 
Xatırladaq ki, Ernest və Emil Ağakişi Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərin daimi iştirakçılarındandır. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.A


Digər xəbərlər

Xəbər xətti