Renatın komandasının finaldakı rəqibi bilindi

13:35 22 Aprel 2022

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Tondela"nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, komanda həlledici matçda "Poto" ilə qarşılaşacaq.

"Porto" ötən gecə yarımfinalın cavab matçında "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda da qələbə qazanan (2:1) komanda finala yüksəlib.

 

"Tondela" ilə "Porto" arasında final matçı mayın 22-də keçiriləcək.

Qeyd edək ki, "Tondela" tarixində ilk dəfə finala vəsiqə qazanıb. 


Xəbər xətti